
Philadelphia Universiteti professorlarından Hilprecht, 1889- 1900 illəri arasında Mesopatomiyanın Niffer Vadisində bir qazıntı apardı. Bu vaxt torpaqdan çıxarılan əhəmiyyətli bir vəsiqə, məzmununun nə olduğu bilinməyən mismar yazısı ilə yazılmış digər minlərlə lövhə ilə birlikdə, qazılan yerin sahibi olan Osmanlı Hökumətinə təslim edildi. 70 min lövhənin içinə sıxışmış halda tapılan bu tarixi vəsiqə; 58 il sonra, dünya tərəfindən məşhur Sümerolog Muazzez çığ və Hatice Kızılay tərəfindən ələ alındı. Bu daş lövhə üzərindəki yazının nə məna verdiyini həll edilincə, ekspertlər heyrətlər içində qaldılar. çünki bu daş lövhə, dünyanın ilk eşq məktubu idi. Həm də Sümer Mədəniyyətinin ən böyük kral və kraliçasının eşqini izah edən bir məktub...
Miladdan əvvəl 2300 2500 illəri arasında Mesopatomiyada yaşayan və şahanə bir gözəlliyə sahib olan Enlil adında Şümerli bir rahibə, Kral Su-Sinə aşiq idi. Şümerlilərin yeni il bayramında, təsadüfən kralın diqqətini cəlb edərək onunla evlənməyə müvəffəq oldu. Evləndiyi gün də eşq atəşi ilə, sevgilisi krala bir şeir yazdı. Gerçək sevginin simvolu olan şeir sarayda o qədər bəyənildi ki, daha sonra o dövrün ən məşhur musiqi ustadları tərəfindən bəstələndi və qısa zamanda xalq arasına qədər yayılaraq əbədiləşdi... Eşqini daşlara qazıdan gözəl rahibə Enlil məktubunda belə yazır:
Ögey oğulu, ürəyimin sevgilisi,
Sənin gözəlliyin çoxdur, bal kimi şirin
Məni ovsunladın,
Sənin qarşında titrəyərək dayanım,
ögey oğulu, səni oxşayım,
Mənim qiymətli oxşayışım baldan xoşdur,
Bağışla mənə oxşayışlarını
Mənim bəyim Tanrım,
Mənim bəyim huşsuzluğum,
Enlilin ürəyini məmnun edən Su-Sinim,
Bağışla mənə oxşayışlarını.
Gözəl bir rahibənin 4500 il əvvəl bir krala mismar yazısıyla yazdığı dünyanın ilk eşq məktubu, İstanbul Arxeologiya Muzeyində vardır.
