Türk əsgərinin PKK-ya qarşı əməliyyatlarda artıq ölkə istehsalı olan avtomat silahlardan istifadə edəcəyi gözlənilir. Maşın və kimya sənayesi tərəfindən istehsal edilən "Mehmetcik-1" adlı avtomat silah dünyadakı bütün atıcı silahların ən yaxşı xüsusiyyətlərini özündə birləşdirir...
Bu silahın 20 aydan sonra türk əsgərinin ixtiyarına veriləcəyi bildirilir. "Mehmetcik-1" silahı hazırda istifadə edilən q-3, Kalaşnikov və hk-44-dən daha yaxşı təchizata malikdir. Onun üzərində gecə-gündüz görmə cihazı, lazer tuşlayıcısı, lüləaltı qumbaraatanı və hər növ cihazları taxmaq üçün modulları var. "Mehmetcik-1"in lüləsinin hazırlanmasında qızmanın qarşısını alan xüsusi növ poladdan istifadə edildiyindən, bu silahla 20 min güllə atmaq mümkündür. Bu baxımdan müqayisə etdikdə "Mehmetcik-1" xeyli uzunömürlü silah hesab oluna bilər.
Qeyd edək ki, klassik-qaz ötürücü sistemlə işləyən "Mehmetcik-1" 3 hissədən ibarətdir. Bu avtomatın bazasında snayper tüfəngi , əl pulemyotu hazırlanıb. Hazırda maşın və kimya sənayesi yerli silahların kütləvi istehsalına başlamaq üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən sifariş gözləyir.
