Qovub fəsilləri, yorub illəri,
Ətəkdən zirvəyə yol gedir anam.
Ömrün baharında açan gülləri,
Ömrün xəzanında kül edir anam.
Mənə günəş verib ,mənə ay verib
Hələ ətəyindən qopa bilmirəm.
Bu boyda dünyanı mənə pay verib,
Mən ona hədiyyə tapa bilmirəm.
Ürəyim həmişə yanında qalır,
Anasız səhər də elə gecədir.
Nigaran baxışlar yola iz salır,
Görəsən balamın kefi necədir.
İstəyirəm yenə uşağa dönüm,
Qolunda uyuyum ,dizində yatım.
Kəs mənim ömrümdən cala ömrünə,
Allahım, ən gözəl arzuma çatım.
