
Heç istəmədim gözəl olmağı...
Özümdən gözəl birini görəndə
paxıllıq hissi keçirdiyimdə də...
İstədiyim bir tək şey
anlayışdı
qayğıydı
qorunmaqdı
sığınmaqdı kölgəsinə
məni mən kimi görən
məni mən olduğumçün sevən
birinin həyəcanı
istədiyim tək şey idi...
Heç ağlıma gəlməzdi ki,
həmin o kəs mən olacam
başqasının öz mənini
qəbul edib
öz mənimi tapacağam
onun ürkək nəfəsində
titrəyişi, zərif gülüşündə,
və tər-təmiz, pak qəlbində...
Özümdən gözəl birini görəndə
paxıllıq hissi keçirdiyimdə də...
İstədiyim bir tək şey
anlayışdı
qayğıydı
qorunmaqdı
sığınmaqdı kölgəsinə
məni mən kimi görən
məni mən olduğumçün sevən
birinin həyəcanı
istədiyim tək şey idi...
Heç ağlıma gəlməzdi ki,
həmin o kəs mən olacam
başqasının öz mənini
qəbul edib
öz mənimi tapacağam
onun ürkək nəfəsində
titrəyişi, zərif gülüşündə,
və tər-təmiz, pak qəlbində...
